Füzulidə problemlər həll olunur
Bizi izləyin

Qırmızı.az

Füzulidə problemlər həll olunur

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini həll edir.

Növbəti səyyar qəbul-görüş 29 mart 2014-cü il tarixdə rayonun Bala Bəhmənli kəndində keçirilmişdir. Rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi səyyar qəbul zamanı kənd sakinlərin müraciətləri dinlənilmişdir.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məslələrin əksəriyyəti İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd etmişdir ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.

Səyyar qəbul zamanı çıxış edənlər rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.

Görüşdə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.

Sonda qeyd olunmuşdur ki, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və problemi olan vətəndaşlara qayğı bundan sonra da davam etdiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm