Qırmızı.az
Azərbaycanda məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hakimiyyətdə təmsil olunan məmur övladlarının hərbi xidmətə cəlb olunması ilə bağlı açıqlama veriblər.
Dövlət Xidmətindən ANS-in sorğusuna cavab olaraq bildiriblər ki,
Azərbaycan Respublikasının bütün vətəndaşları kimi hakimiyyətdə
təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi
xidmət keçmələri ilə bağlı qanunauyğun tədbirlər görülür: "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun
12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə Azərbaycan
Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi
xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya
çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.
Dövlət xidmətindən hakimiyyətdə təmsil olunan məmurların
övladlarına hərbi xidmət zamanı güzəştlər tətbiq olunması və bunu
təbiq edənlər barəsində görülən tədbirlərlə bağlı da açıqlama
veriblər. Sorğumuza cavab olaraq bildiriblər ki, heç kəsə
göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və
imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların
verilməsindən imtina oluna bilməz: “Hüquq və vəzifələrlə bağlı
qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə
münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Yuxarıda göstərilənləri xatırladaraq qeyd edirik ki, Azərbaycan
Respublikasının bütün vətəndaşları kimi hakimiyyətdə təmsil olunan
məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələri
ilə bağlı qanunauyğun tədbirlər görülür”.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü