Torpaq sürüşməsi nəticəsində 21 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Torpaq sürüşməsi nəticəsində 21 nəfər öldü

Torpaq sürüşməsi nəticəsində 21 nəfər öldü

Amerika Birləşmiş Ştatlarının Vaşinqton ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bir həftə əvvəl baş verən təbii fəlakət nəticəsində 30 nəfər hələ də itkin hesab edilir. Leysan yağışın səbəb olduğu torpaq sürüşməsi 50-yə yaxın evi dağıdıb.


Xatırladaq ki, martın 22-də Vaşinqton ştatının Oso şəhərində hündürlüyü 54 metrə çatan torpaq qatı yaşayış evlərinin üzərinə tökülüb.


Rəsmilərin məlumatına görə, torpaq sürüşməsi təhlükəsinə dair dəfələrlə xəbərdarlıq edilsə də, dağıntıların miqyasının bu qədər böyük olacağı ehtimal edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm