Qırmızı.az
Qəbul imtahanları üçün ərizə qəbulu başlanır
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbulu başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30 dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” ni doldurmalıdırlar.
Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə edə bilərlər.
Aşağıda göstərilən kateqoriyalardan olan
abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30 dək Sənəd
Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə
səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən
abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta
təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız
abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili
müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız
abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında
iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız
abituriyentlər.
Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron ərizələrini
tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq
SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və
bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət
göstərirlər. SQK-ların yerləşdiyi yerlər haqqında məlumat 2 saylı
“Abituriyent” jurnalında təqdim olunub.
Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tam orta, orta ixtisas və ya ali təhsil haqqında
sənədi: a)əvvəlki illərin məzunları sənədin əslini; b)ümumi təhsil
müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin
bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər məzunu
olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentin
buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə
5).
-Şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan vətəndaşları
şəxsiyyət vəsiqəsini; b)əcnəbilər şəxsi pasportunu və ya icazə
vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsini və ya
icazə vəsiqəsini, qaçqın statusu almış xarici vətəndaşlar və
onların ailə üzvləri qaçqın vəsiqəsini.
-Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
Ali və orta ixtisas təhsili olan abituriyentlər göstərilən
sənədlərlə yanaşı SQK-ya aşağıdakı sənədləri də təqdim
etməlidirlər:
-təhsil aldıqları müəssisə tərəfindən verilən və
ali və ya orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını
təsdiq edən arayışı (Əlavə6);
-attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi
tərəfindən verilən müəyyən formada attestat qiymətləri göstərilən
arayışı (Əlavə 7)
Nəzərinizə çatdırırıq ki, ərizə qəbulu ilə bağlı daha ətraflı
məlumatlar 2 saylı “Abituriyent” jurnalında təqdim olunub. Jurnalı
satışdan əldə edə və ya abituriyent.az saytından sifariş edə
bilərsiniz.
Publika.Az
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB