• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bu məzarlıq soyqırımın gerçək üzüdür”

“Bu məzarlıq soyqırımın gerçək üzüdür”

“Soyqrımının xarici ölkələrdə təbliği istiqamətində böyük işlər görülüb. Ermənilərin 200 ildə apardıqları saxta antitürk təbliğatına qarşı alternativlər qoya bilmişik”.

Bu sözləri Publika.Az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı 31 Mart Soyqrımının təbliği istiqamətində görülən işlərdən danışarkən deyib.

Millət vəkili bildirib ki, 31 martda azərbaycanlılara qarşı törədilmiş soyqrımla bağlı ilk araşdırma rəsmi səviyyədə 1918-ci ilin iyul ayında yaradılmış fövqəladə komissiya tərəfindən aparılıb.

“Sovet dövründə bu hadisənin üzərindən sükutla keçilib, yaxud da vətəndaş müharibəsi kimi qələmə verilib. Ötən əsrin 80-ci illərinin sonunda kitabçalar yazılmağa başlayıb. Bu günün soyqrım günü kimi qeyd edilməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1998-ci il martın 26-da imzaladığı sərəncamla bu gün soyrqım günü kimi qeyd edilib və sistemli araşdırmalar aparılıb. Heydər Əliyev Fondu tariximizin bu səhifəsi ilə bağlı geniş tədqiqat işləri görüb. Milli Təhlükəsiz Nazirliyinin dəstəyi ilə Bakı, Quba və Şamaxıda törədilən soyqırımla bağlı materiallar toplanılıb, nəşr edilib. Hesab edirəm ki, qısa müddət ərzində ölkəmizdə çox işlər görülüb. Təbliğat işində prezident İlham Əliyevin hücum diplomatiyası taktikası müəyyənləşdirildikdən sonra, xarici ölkələrdə soyqrımın tanıdılması istiqamətində böyük işlər görülüb. Ermənilərin 200 ildə apardıqları saxta antitürk təbliğatına qarşı alternativlər qoya bilmişik”.

-Bu işləri yetərli hesab etmək olarmı?

-Hesab edirəm ki, son 10 ildə görülən işlər digər ölkələrdə 100 ilə görülmüş işlərə bərabərdir. Amma bununla yanaşı tariximizi dərindən bilməli və dərs almalıyıq. 31 martla tədqiqat işlərinin aparılmasına ehtiyac var və bu iş davam etdirilməlidir.

-Qarşıdan həm də 24 aprel qondarma erməni soyqrımı günü də gəlir. Ermənilərin bu günün qəbul edilməsi üçün işlər görür. Biz hansı işlər görə bilərik?

-Ermənilər 200 ildir bu işi aparırlar. Bizdə isə bu işlər son illərdə başlanıb. Bizim Qeyri Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələri bu işdə fəal olmalıdırlar. Xarici ölkələrdən jurnalistlər dəvət edilə bilər. Sənədli filmlərin çəkilməsi mümkün deyil, çünki şahidlər yoxdur. Amma arxiv sənədlərin, fotoların saytlara yerləşdirilməsi əhəmiyyətli ola bilər.

-Quba məzarlığı bu soyqrımın törədilməsi ilə bağlı ən önəmli faktdır. Bu faktdan necə istifadə edirik?. Tez-tez bu məzarlıqda problemlərin olması ilə bağlı informasiyalar yayılır.

-Qubada məzarlığın yaradılması müstəsna əhəmiyyət daşıyır, çünki soyqrımın gerçək üzüdür. Videolarının çəkilib, qorunması ilə bağlı problemlər ortaya çıxsa da, bunlar həllini tapacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR