“Ekoloji Foto Müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

“Ekoloji Foto Müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə (AZGF), Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının ( ATGTİ ) “Ekologiya” işçi qrupunun təşkilati dəstəyi ilə “Ekoloji Foto Müsabiqə” layihəsinin mükafatlandırma mərasimi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə istedadlı gənclərin üzə çıxarılması və ekologiyanın qorunmasında fəal təbliğat rolunu oynamaq məqsədi daşıyır.

Sərgidə ATGTİ-nin İşçi qruplarla iş departamentinin direktoru Ürfan İsmayılov, layihənin rəhbəri Qəndab Poladova və ATGTİ Ekologiya işçi qrupunun rəhbəri Sənan Süleymanlı çıxış edərək layihənin gedişi barədə iştirakçıları məlumatlandırmış, qalibləri təbrik etmişlər. Qeyd edildi ki, layihənin məqsədi bacarıqlı fotoqraf gəncləri üzə çıxarmaq, gənclər arasında ekologiyanın təbliğini gücləndirmək, ekologiya sahəsinin problemlərini hərtərəfli təhlil etməkdir.

Müsabiqəyə 150 -dən çox şəkil təqdim olunmuşdur. Müsabiqəyə buraxılan 85 fotodan ən yaxşı 3 şəkilin sahibləri mükafatlandırıldı. 1-ci yer Cavad Salmanlı, 2-ci yer Günay Fərzəlibəyli, 3-cü yer Rasim Abdürəhmanov oldu. Digər iştirakçılara da sertifikatlar təqdim olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm