• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycandilli Vikipediyada məqalə sayı 100 mini ötdü

Azərbaycandilli Vikipediyada məqalə sayı 100 mini ötdü

Viikipediya Azərbaycan qrupunun məlumatına görə Azərbaycandilli Vikipediyada məqalələrin sayı hal-hazırda 100 mini ötüb.

Publika.Az-ın məlumatına görə, 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlayıb. Vikipediya ensiklopediyasının Azərbaycan bölməsində bu günə olan statistikaya görə 70 000 nəfərə yaxın qeydiyyatdan keçıb. Azərbaycan dilli vikipediyadaolan məqalələrin sayı 100 mini keçməsi onu göstərir ki, Azərbaycan dilli vikipediya dünyada dinamik inkişaf edən resurslardandır və son statistikalara görə dünya reytinqində 50-ci yeri tutub.

Qeyd edək ki, dünya reytinqində məqalə sayının bir milyonu keçən cəmi 9 ölkə vardır. Ən zəngin dilli vikipediya dünyada ingilis dilli vikipediya sayılır və bu resursrda 4.5 milliondan çox məqalə vardır. Kontinental avropa dilləri olan İtalyan, Alman, Portuqal, İspan, Nederland, İsveç, Polyak dillərində olan məqalə sayıda bir milyonu keçib.

Keçmiş MDB məkanı ilə müqaisədə Azərbaycan dilli vikipediyanın statistik durumu aşağıdakı kimidir. Rus dili ən zəngin dilli vikipediya sayılır beləki 1 millionu aşmış məqalə sayı vardır. Daha sonra, 482.000 məqalə sayı ilə Ukrayna, 203.000 məqalə sayı ilə Qazax dilidir. Region ölkələri ilə müqaisədə demək lazımdır ki, Gürcü dilində 80.000 məqalə, Erməni dilində 100.000 dən çox məqalə vardır.

Xatırladaq ki, vikipediya Azərbaycan qrupu tərəfindən 10 Mart 2014-cü il tarixində Bakıda I Milli Vikipediya Forumu keçirilib. Forumda tanınmış Vikipediya mütəxəssisləri, QHT nümayəndələri, gənc alimlər və bu sahəyə marağı olan gənclərin iştirak edib. Forumun məqsədi Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsi və gələcək fəaliyyət üçün baxışın və təkliflər paketinin formalaşdırılmasından ibarət olub.

Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR