AVP Qubada "Soyqırımı abidəsi"ni ziyarət edib
Bizi izləyin

Qırmızı.az

AVP Qubada "Soyqırımı abidəsi"ni ziyarət edib

Ana Vətən Partiyasının rəhbərliyi və Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının bir qrup fəalı 31 mart Soyqırım gününü qeyd etmişdirlər.

Bu məqsədlə Quba rayonunda konfrans keçirilmişdir. Konfransda 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi soyqırımdan, beş ay ərzində 50 mindən çox soydaşımızın erməni faşizminin qurbanı olmasından, Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında baş verən dağıntı və vəhşiliklərdən bəhs edilmişdir.

Sonra konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş və kütləvi məzarlıq üzərinə tər çiçəklər düzmüşlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm