VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək

VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək

Aprelin 28-29-da Bakıda dünyanın aparıcı neft-qaz şirkətləri və Xəzəryanı ölkələrin neft-qaz sahəsini əhatə edən dövlət qurumlarının nümayəndələrinin VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək. Konfransa Azərbaycan Dövlət Neft Akademiyası və Böyük Britaniyanın «Confidence Capital» şirkəti təşkilatçılıq edir.

Konfrans regionun neft-qaz, neft məhsulları və nəqliyyat dəhlizləri haqqında aktual məlumatları özündə birləşdirir. Həmçinin, konfrans regional xüsusiyyətləri, konyunkturası, nəqliyyat infrastrukturunun inkişafı tendensiyalarını nəzərə alaraq, ticarət əməliyyatlarının aparılması barədə təcrübə məsləhətlərinin verilməsində xüsusi rola malikdir. Forum çərçivəsində regionda yeni enerji layihələrinin inkişafı, karbohidrogen məhsullarının hasilatı, daşınması və emalı kimi mövzular müzakirə olunacaq. Konfransda regionun nəqliyyat infrastrukturunun inkişafı – boru-kəmər layihələri, dəmir yolu infrastrukturu və dəniz daşınması ilə bağlı mütəxəssislərin apardıqları analizlər təqdim olunacaq. Konfransın gedişində Xəzər nefti, neft məhsulları və təbii qazı üçün ixrac marşrutları, Mərkəzi Asiya regionunun neft və neft məhsulları bazarı, Xəzəryanı ölkələrin neft emalı və neft-kimya sahəsinin inkişaf perspektivləri və digər məsələlər müzakirə olunacaq.

ADNA Beynəlxalq məsələlər üzrə prorektor, dosent Rafiq Camalov bu konfransın 2007-ci ildən başlayaraq keçirildiyini və neft-qaz sahəsində əsas aparıcı təhsil müəssisəsi kimi təşkilatçılığın ali məktəbimizə həvalə olunduğunu dedi. Onun sözlərinə görə, konfransın işində bir sıra xarici ölkələrin aparıcı mütəxəssis və ekspertlərin iştirakı gözlənilir. Konfransda təxminən 15 ölkədən olan nümayəndələr qatılacaq.

İlkin məlumata görə, iclaslar “Marriott-Abşeron” mehmanxanasının konfrans zalında keçiriləcək. Tədbirdə Azərbaycan tərəfindən Dövlət Neft Şirkəti, nazirliklərin rəhbər işçiləri, görkəmli neft-qaz mütəxəssisləri, xarici ölkələrin səfirləri və mediya nümayəndələrinin iştirakı gözlənilir.

R.Camalov bildirdi ki, ənənəvi keçirilməsinə baxmayaraq ilk dəfədir ki, konfrans ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf edir. Ona görə də VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı “Neft srategiyası”nın banisi ümummili lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunacaq. Konfrans ərəfəsində xaricdən gələn qonaqların ikitərərfli görüşlərinin keçirilməsi üçün də münbit şərait yaradılacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm