Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı

Hərbi Dəniz Qüvvələrinin komandanı işdən çıxarıldı

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsindən çıxarılıb.

Məlumata görə, HDQ-nın komandanı vəzifəsini icra edən, qurumun qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov ordudan tərxis olunub.

Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən bir neçə gün əvvəl Y. Məmmədov təqaüdə göndərilib. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin edilib. Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edəcək.

Qeyd edək ki, martın 11-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub.

HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb.

Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub.

Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur ("AzNews.az").

Oxumağa davam et
Reklam
Reklam

Gündəm