TQDK imtahan nəticələrini açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK imtahan nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini martın 31-də saat 12:30-dan etibarən elan edilib.

Publika.Az-ın məlumatına görə, hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.


Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1356 nəfər namizəddən 50 nəfəri imtahana gəlməmişdir. 955 namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılmışdır. Müsabiqə şərtini ödəyən namizədlərdən 503 nəfəri cari ilin, 452 nəfəri əvvəlki illərin məzunudur. Onlardan 719 nəfərini qızlar, 236 nəfərini oğlanlar təşkil edir.


Ən yüksək nəticə 95 bal olmuşdur.


Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm