Gəncədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

Gəncədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Gəncədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Gəncə şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş mərasim keçirilib. Tədbirdə şəhər rəsmiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, gənclər və tələbələr iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhərin Şəhidlər Xiyabanında olub, şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidənin önünə təzə-tər gül-çiçək dəstələri qoyublar.

Mərasimdə Şah Abbas Cümə məscidinin dini icma sədri Əlisəftər Səfərəliyev çıxış edərək, ermənilərin hər zaman türklərə, azərbaycanılara qarşı apardığı soyqırım və deportasiya siyasətindən, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatıdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib, şəhidlərin ruhuna dualar oxuyub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və professor Asəf Cavadov çıxış edərək, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışıb, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Bildiriblər ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək soyqırım törədiblər. Bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də, hər zaman yad edilməlidir. Bu zaman əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir.

Qeyd edək ki, YAP Gəncə şəhər Təşkilatında, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində, idarə və təşkilatlarda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masalar, anım mərasimləri keçirilir.

“Yeni Gəncə” qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm