• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Şagird-məzun” sisteminə neçə nəfər ərizəsini təsdiq edib?

“Şagird-məzun” sisteminə neçə nəfər ərizəsini təsdiq edib?

Ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi prosesi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.Az-a verilən məlumata əsasən, ümumtəhsil müəssisələri tərəfindən 204 115 nəfər təqdim edilib.

Onların 172 662 nəfərinin (84.59%) məlumatları daxil edilib. 144 972 nəfərin (71.02) isə məlumatları təsdiq edilib.

Bu rəqəmlər martın 31-ə olan informasiyalardır.

Qeyd edək ki, təhsil müəssisələrinin nəzərinə çatdırılır ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir.


Bunu nəzərə alaraq, TQDK şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR