31 mart Soyqırımı Günü ilə əlaqədar İzmirdə tədbir keçirlib
Bizi izləyin

Qırmızı.az

31 mart Soyqırımı Günü ilə əlaqədar İzmirdə tədbir keçirlib

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İzmirdə tədbir keçirlib

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Türkiyənin İzmir şəhərində Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti ilə, İzmirdə təhsil alan Azərbaycanlı tələbələr tərəfindən anım-konferans təşkil olundu.

Zəkarya Doğan Mədəniyyət Evində təşkil olunan tədbirə qeyri-hökümət təşkilatlarının sədr və nümayəndələri, universitet müəllimləri, Zəkarya Doğan və Azərbaycan Cəmiyyətlərinin üzvləri ilə İzmir Universitetlərində təhsil alan Azərbaycanlı və əcnəbi tələbələr iştirak etdilər.

Tədbir, soyqırımda və Azərbaycan ilə Türkiyə Dövlətlərinin müstəqilliyi yolunda şəhit olanların xatiəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin himnlərinin oxunması ilə başladı.

Daha sonra kürsüyə dəvət olunan Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti Sədr Müavini və tələbələrin nümayəndəsi Cavid Əliyev, son 200 il ərzində Ermənilərin Azərbaycanlılara qarşı sayısız soyqırım və qətliamlardan ən amansız olanlarından birisinin də 31 Mart ilə 2 Aprel 1918 ilində həyata keçirilən soyqırım olduğunu vurqulayaraq, cox təəssüf ki, Sovet İttifaqı vaxtında xalqların qardaşlığı adı altında Azərbaycanlılara qarşı törədilən soyqırımlar bizlərə unutduruldu və bunun nəticəsində Xocalı Soyqırımı başda olmaqla digər soyqırımları yaşamalı olduq deyə ifadə etdi.

Cavid Əliyev çıxışının sonunda bu tədbirin təşkilində onlara köməklik edən Zəkarya Doğan Mədəniyyət Evinə, konferans verəçəklərə və iştirak edənlərə təşəkkürlərini bildirdi. 31 Mart Soyqırımı haqqında çıxış etmək üçün kürsüyə gələn jurnalist - yazar Nigar Börək, erməni və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olduğunu qeyd edərək, Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirmişlərdi. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdü dedi.

Nigar Börək, xüsusilə də gənçlərin tariximizi yaxşı bilməli, internetden istifadə edərək xalqımızın bu yaşadıqlarını dünyanın da bilməsi üçün var güçlərini əsirgəməməlirini vurquladı.

Daha sonra kürsüyə gələn araşdırmacı-yazar, Celal Bayar Universiteti müəllimi İsmət Alpaslan da 31 Mart Soyqırımı haqqında qısa məlumat verərək, Nuru Paşa rəhbərliyindəki Qafqaz-İslam Ordusunun Azərbaycan hərəkatı və Bakının Erməni-Bolşevik işğalından azad etməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbir sonunda iştirakçılara şəhidlərin ruhuna hazırlanmış halva ikram edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm