• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təhsil Nazirliyinə məxsus ərazi zəbt edildi - FOTOLAR

Təhsil Nazirliyinə məxsus ərazi zəbt edildi - FOTOLAR

Martın 26-da Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150 kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə Təhsil Nazirliyinə operativ məlumat daxil olub.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanunazidd əməllərinin qarşısını almaq mümkün olmayıb.

Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.

Təlim–tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR