Avtobus piyadanı vurdu: vəziyyəti ağırdır - Foto
Bizi izləyin

Qırmızı.az

Avtobus piyadanı vurdu: vəziyyəti ağırdır - Foto

Avtobus piyadanı vurdu: vəziyyəti ağırdır - Foto

Süleyman Sani Axundov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Axar.az”ın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Süleyman Sani Axundov küçəsində, “Cıdır düzü” restoranının yanında baş verib. Yüksək sürətlə hərəkət edən 10 XX 140 dövlət nömrə nişanlı 13 saylı marşrut avtobusu yolu keçən piyadanı vurub. Bildirilir ki, piyada ciddi xəsarət alıb, zərbədən başı partlayıb və bel nahiyəsi möhkəm əzilib. Yoldan ötənlər piyadanı səkiyə uzadıblar. Bundan sonra onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm