• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi keçirilib

Azərbaycan Milli Elmlər Akadmiyası Mərkəzi Elmi Kitabxanasında mart qırğınlarının 96-ci ildönümünə həsr edilmiş “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil edilib.

Publika.Az-ın məlumatına görə, sərgidə ermənilərin törətdikləri kütləvi qırğınlar, vəhşiliklər, soyqırım və təcavüz siyasətinin mahiyyətini əks edirən ədəbiyyat nümayiş etdirilib.

Bir neçə bölmədən ibarət olan sərgi “Qanlı illər” bölməsinə həsr edilmiş ədəbiyyatla başlayır. M.M.Nəvvabın “1905-1996-cı illərdə erməni-müsəlman davası”, M.S.Ordubadinin “Qanlı illər”, V.Arzumanlının “1918-ci il qırğınları” və bir sıra başqa kitablarda ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapıb.

Deportasiya bölməsində 1905-1918-ci illərdə öz torpaqlarından didərgin salınmış soydaşlarımız barədə C.Qasımıvun “Repressiyadan deportasiyaya doğru”, İ.Vəliyevin “Qaçqınlar”, “Fazil Qaraoğlunun 3 cilddə “Ermənilər və həqiqətlər” kimi kitablar sərgilənib.

Qarabağ tarixinə həsr olunmuş “Qarabağ suallar və faktlar”, N.Nərimanovun “Məktubalar və Qarabağ məsələsinə dair sənədlər”, Həmzə Əliyevin “Dağlıq Qarabağ həqiqətləri” və başqa kitablar yer alıb.

Sərgidə Azərbaycan, rus, Şərq, Qərbi Avropa dillərində 200-dən çox ənənəvi və virtual formada ədəbiyyat, həmçinin foto materiallar, video görüntüər soyqırım həqiqətlərini əks etdin film nümayiş etdirilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR