“QİDA” Akademiyasının Yaz Sessiyasına start verildi
Bizi izləyin

Qırmızı.az

“QİDA” Akademiyasının Yaz Sessiyasına start verildi

Martın 29-dan “QHT-lərin İDarəetmə Akademiyası” (QİDA) çərçivəsində “QİDA Yaz Sessiyasının kurslarına start verilib.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirir.

QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq məqsədilə həyata keçirilən QİDA Akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Akademiyanın kursları 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünmüşdür: “QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”), “Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”), “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personnel & Professional Capacity building School”) və “Seçmə Kursları” (“Electives”) bloklarını əhatə edir.

Yaz sessiyasının kurslarını “Layihənin yazılması mexanizmləri” və “Maliyyə Planlaması və Büdcələşmə” mövzularını əhatə edəcəkdir.

Bildirək ki, kurslarda iştirak etmək istəyən gənclərtəşkilatlarının rəhbər və işçi heyəti nümayəndələri www.qida.nayora.az səhifəsinə daxil olaraq, proqram ilə tanış ola və 02.04.2014-cü il tarixinədək müraciət formasını dolduraraq 05-06 aprel 2014-cü il tarixlərində Akademiya çərçivəsində həyata keçirilən “QİDA” Yaz Sessiyası kurslarında işirak edə bilərlər.

Kurslar Bakı şəhərində ARGTMŞ ofisdə həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm