Bakıda sağ-salamat doğulan körpə 2 gündən sonra öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda sağ-salamat doğulan körpə 2 gündən sonra öldü

Bakıda sağ-salamat doğulan körpə 2 gündən sonra öldü -

Respublika Perinetal Mərkəzdə doğulan körpə dünyasını dəyişib.

Onun ölümünün səbəbləri isə hələlik məlum deyil. Valideynləri onlara doğuşdan sonra körpənin sağlam olması barədə məlumat verildiyini deyirlər. İndi bir məsələ qaranlıq qalır ki, sağlam olduğu bildirilən körpə 2 gündən sonra necə olur ki, dünyasını dəyişir? Ana Təhminə Səmədova hamiləliyinin 7-ci ayında Respublika Perinetal Mərkəzə gətirilib.

Qeysəriyyə əməliyyatı isə mart ayının 27-də olub. Əməliyyatdan iki gün keçəndən sonra Seyidovlar yenicə dünyaya gələn körpəni itiriblər. Valideynlərin sözlərinə görə, hələ uşağın olmasına 2 ay var idi. Amma həkimlər bildirdilər ki, artıq ananı əməliyyata götürmək olar. Elə dedikləri kimi də ediblər. Əməliyyat olunan Təhminə Səmədovanın körpəsi sağ salamat dünyaya gəlib.

Amma nə olubsa 2 gündən sonra olub. Körpənin vəziyyəti anidən pisləşib və düynasını dəyişib. İndi şikayətçiləri bir şey maraqlandırır, doğuşdan sonra vəziyyəti normal olduğu bildirilən körpə anidən dünyasını niyə dəyişib? Elə bu sualla xəstəxananın həkimlərinə müraciət edəndə bildiriblər ki, uşağın beyindaxili qanaxması olub və ölümünə də bu səbəb odur. Bu qanaxma necə olub, normal vəziyyətdə, durduğu yerdə qanaxma necə ola bilər? Özü də birbaşa beynində.

Bu suala cavab verən tapılmayıb. Amma artıq Səhiyyət Nazirliyi bu məsələ ilə məşğul olmağa başlayıb. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün əlaqə saxladığımız nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səfayə Quliyeva bildirib ki, bu məsələ ilə bağlı hələlik dəqiq rəy deyə bilmərik.

Çünkü məsələni Tibbi Komissiya araşdırır, araşdırandan sonra da Doğuşa Yardım Komissiyasına veriləcək və ekspertiza olunacaq. Araşdırma zamanı ananın qeydiyyatda olduğu poliklinikanın sahə həkimindən tutmuş qeysəriyyə əməliyyatı zamanı xəstəxənin yanında olmuş həkim və tibb bacıları dindiriləcək.

Və yalnız verilən cavablardan və ekspertizanın rəyindən sonra hər hansı yekun qərar qəbul ediləcək. Odur ki, bu məsələ ilə bağlı indi Səhiyyə Nazirliyi heç bir şey deyə bilməz. Bunu da Səfayə Quliyeva dedi. Daha burada əlavə söz deməyə ehtiyac qalmır. Tək çarə araşdırmaların nəticəsini gözləməkdir. (xeberdar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm