31 Mart Soyqırımı Yevlax ictimaiyyəti tərəfindən anıldı
Bizi izləyin

Qırmızı.az

31 Mart Soyqırımı Yevlax ictimaiyyəti tərəfindən anıldı

31 Mart Soyqırımı Yevlax ictimaiyyəti tərəfindən anıldı

Cinayətkarlar cəzasız qalmayacaq!

31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Yevlax şəhər ictimaiyyəti nümayəndələrinin iştiraki ilə tədbir keçirildi.

Tədbir iştirakçıları__Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Qoca Səmədov, şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə “31 Mart azərbaycanlıların soyqırımı” abidəsini və Şəhidlərin xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.

Tədbir Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında dəyirmi masa ətrafında davam etdirildi.

Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Qoca Səmədov tədbiri açıq elan etdi.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhər İcra Hakimiyyətinin Başçısı YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü Qoca Səmədov çıxış edərək vurğuladı ki, bu gün erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərdən biri olan 1918-ci ilin mart soyqırımından 96 il ötür.

Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” ideyasını reallışdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətmişlər.

Təkcə 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulmuş qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, qədim tarixi abidələrimiz məhv edilmişdir.

-1991- ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da bu siyasət davam etmiş, yalnız ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxdı, bu hadisələrə hüquqi və siyasi qiymət verildi.

-1998-ci ildən başlayaraq 31 Mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı.

Tariximizin bu illərinə ulu öndərimiz tərəfindən verilən siyasi qitmət, bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün möhtərəm prezidentimiz tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.

Tarix heç zaman cinayətkarları cəzasız qoymur. Xalqımız əmindir ki, dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, ermənilər öz layiqli cəzalarını alacaqlar.

Sonra YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının Sədri Kür qəzetinin baş redaktoru Əminə Əhmədova faciə haqqında geniş şəkildə məruzə etdi. O qeyd etdi ki, Mart soyqırımı və ya Mart hadisələri -1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.

Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, 3 gün ərzində Bakıda on minlərlə insan qətlə yetirilmişdir. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar.

Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğalçılıq siyasətinin intensivliyi bu gün də zəifləməmişdir.

Təəssüf ki,ötən iki əsr ərzində baş vermiş hadisələrə, obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur.Bu gündə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən xalqımıza edilmiş soqırımlar beynəlxalq müstəridə araşdırılır, dünyaya çatdırılır. Sonda soyqırımı qurbanlarının ruhuna ehtiramımı bildirməklə, Tanrıdan onlara rəhmət diləyirəm.

Sonda ümumşəhər məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi Aysel Ələkbərova inşasını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm