Qırmızı.az
Ombudsman təcridxanada ölmüş şəxslə bağlı məlumat yayıb
Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq təcridxanasında ölmüş təqsirləndirilən şəxslə bağlı araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
bu günlərdə mətbuatda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı
İstintaq təcridxanasında (BİT) saxlanılan Ağayev Rasim Əbdül
oğlunun ölməsi və bunun işgəncə nəticəsində baş verməsi ehtimalı
barədə məlumat yayılıb.
Müvəkkilin bu məsələ ilə bağlı tapşırığına əsasən, Ombudsman
Aparatının əməkdaşları (həkim də daxil olmaqla) BİT-də araşdırma
aparıblar.
Məlum olub ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli
bilinərək, barəsində 16 yanvar 2014-cü il tarixdə Səbail Rayon
Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri
seçilmiş Ağayev Rasim Əbdül oğlu 17 yanvar 2014-cü il tarixdə BİT-ə
gətirilib və həmin gün təlimata uyğun olaraq ilkin tibbi müayinədən
keçirilib. Müəssisə həkimləri tərəfindən onun bədəninə keçirilmiş
baxış zamanı xəsarət aşkar edilməyib.
Araşdırma zamanı İstintaq təcridxanasının rəisi, saxlanıldığı
korpusun nəzarətçiləri, tibb-sanitar hissəsinin rəisi və onunla bir
kamerada saxlanılan təqsirləndirilən şəxslərlə söhbət aparılıb,
sənədləri nəzərdən keçirilib.
Məlum olub ki, 25 mart 2014-cü il tarixdə təxminən saat 16: 45
radələrində həbs olunmuş R.Ağayevin səhhəti saxlanıldığı kamerada
qəflətən pisləşib və xidmətdə olan nəzarətçi tərəfindən həkimə
müraciət olunub. Həkim dərhal R.Ağayevi kamerasında müayinə edib,
bu zaman xəstənin huşu özündə olmayıb, tənəffüsü səthi və uzun
fasiləli olub, arterial qan təzyiqinin kəskin enməsi, nəbzinin
sapvarı olması müşahidə edildiyindən ona ilkin tibbi yardım
göstərilib və xəstə dərhal tibb-sanitar hissəsinə gətirilib.
Tibb-sanitar hissəsindən alınmış arayışa görə, R.Ağayev dərin
aqoniya vəziyyətində olub, göstərilən tibbi yardıma baxmayaraq, o,
qısa müddətdən sonra həmin gün saat 16: 50 radələrində ölüb.
Onunla bir kamerada saxlanılan şəxslərlə söhbət zamanı onlar
R.Ağayevin səhhətində problemlərin olduğunu, bir neçə dəfə həkim
müayinəsindən keçdiyini və ambulator müalicə aldığını bildiriblər.
Ölümün baş verdiyi gün həmin kamerada bir yerdə olduqlarını,
R.Ağayevin səhhətinin pisləşdiyi üçün dərhal nəzarətçiyə məlumat
verdiklərini, qısa müddətdə həkimin gəldiyini və ona yardım
göstərdiyini söyləyiblər.
Bu şəxslərin hər biri ilə söhbət zamanı onlar İstintaq
təcridxanasının əməkdaşları tərəfindən R.Ağayevə və onlara qarşı
hər hansı zorakılığa yol verilmədiyini, həmin gün R.Ağayevin
kameradan çıxarılmadığını bildiriblər.
Həmçinin məlum olub ki, məsələ ilə bağlı Sabunçu Rayon
Prokurorluğunda da araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO