Bakıda evlərin qiyməti sürətlə artır - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda evlərin qiyməti sürətlə artır - VİDEO

Hazırda ölkədə hər kəs avtomobillərin qiymətinin bahalaşacağını gözlədiyi bir vaxtda ekspertlərin mənzil bazarı ilə bağlı proqnozları da ürəkaçan deyil. Bir müddət əvvəl sürətlə bahalaşan evlərin qiymətində azalma deyil, əksinə növbəti artım gözlənilir.

Paytaxtın "Sovetski" adlanan hissəsinin söküləcəyi ilə bağlı hökumət qərarını açıqlayan kimi mənzillərin qiyməti sürətlə artmağa başlamışdı. Amma sonradan sakinlərin etirazı səbəbindən məhəllənin söküntüsü yubandı. "Sovetski"nin sökülməsi xəbərlərinin səngiməsi evlərin qiymətinin ucuzlaşacağını deməyə əsas verirdi. Amma apardığımız müşahidələr bunun əksini göstərdi.

Hətta mütəxəsislər hesab edir ki, "Sovetski"nin sökülməsi yenidən gündəmə gələrsə, yeni bahalaşma dalğası olacaq. Amma bəzi analitiklər mənzil bazarında qiymətlərin reallığı əks etdirməməsi səbəbindən gələcəkdə kəskin ucuzlaşma proqnozlaşdırırlar.

Qeyd edək ki, son illər paytaxtın mənzil bazarında ucuzlaşma müşahidə olunmayıb. Baş verən dəyişiklik daim bahalaşmaya doğru olub. Bunun əsas səbəbi kimi paytaxt əhalisinin sürətlə artması, həm bölgələrdən, həm də xaricdən gəlib burda yerləşən insanların çoxalmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm