Qırmızı.az
Aprelin ilk günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq.
Temperatur gecə 2-6°, gündüz 10-15° isti, Bakıda gecə 3-5°,
gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa
enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək.
Temperatur gecə 2-7° şaxta, dağlıq ərazilərdə 12°-dək şaxta, gündüz
9-14° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 5-10° şaxta, gündüz 1-3° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 10-15° isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə
5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman
olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər dağlarda duman olacaq.
Temperaturun gecə 0-4° isti, gündüz 10-15° isti, dağlarda gecə
5-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 1-də və 2-də Abşeron yarımadasında meteoroloji amillərin
mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli,
3-də isə güclü xəzri küləyi meteohəssas insanlar üçün
əlverişsizdir.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?