SAM-ın nümayəndə heyəti Yunanıstanda səfərdədir
Bizi izləyin

Qırmızı.az

SAM-ın nümayəndə heyəti Yunanıstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, aparıcı elmi işçi

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, aparıcı elmi işçisi Heydər Mirzə və mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova Yunanıstanda səfərdədirlər.

SAM-dan bildiriblər ki, martın 31-də nümayəndə heyəti “Azərbaycan-Yunanıstan iqtisadi əlaqələr: imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.

Konfrans Beynəlxalq İqtisadi Əlaqələr İnstitutu (Afina), Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi tərəfindən təşkil olunmuşdur.
Beynəlxalq İqtisadi Əlaqələr İnstitutunun direktoru Charalambos Tsardanidis tədbiri giriş sözü ilə açdıqdan sonra Rövşən İbrahimov “Azərbaycanın Qərbi və Şərqi Avropada enerji siyasəti”, Vüsal Qasımlı “Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq: Enerji” və Maks Papapostolou “Azərbaycanda biznes imkanları” mövzularında çıxış etmişlər.

SAM-ın nümayəndə heyəti elə həmin gün Yunanıstan– Azərbaycan Gənclər Mərkəzində, Qara Dəniz Tədqiqatlar İnstitutunda görüşlər keçirmişlər.

Aprelin 3-dək davam edəcək səfər çərçivəsində “Qara dəniz və Cənubi Qafqazda Təhlükəsizlik: Yunanıstan və Azərbaycanın baxışı” mövzusunda konfransın keçirilməsi, Avropa və Xarici Siyasət üzrə Ellenik Fondunda (ELIAMEP) Razılaşma memorandumunun imzalanması, Xarici İşlər Nazirliyi, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunda, Yunanıstan-Azərbaycan Gənclik Mərkəzi və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzində (ICBSS) görüşlər nəzərdə tutulmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm