ATƏT cəbhə xəttində son vəziyyəti araşdıracaq
Bizi izləyin

Qırmızı.az

ATƏT cəbhə xəttində son vəziyyəti araşdıracaq

ATƏT cəbhə xəttində son vəziyyəti araşdıracaq

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm