Ali məktəblərə sənəd qəbulu başladı
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərə sənəd qəbulu başladı

Qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

Bu gündən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbulu başlayır. Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.



Bildirilib ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər bugündən aprelin 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə edə bilərlər.



Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər:



• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.



Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. SQK-ların yerləşdiyi yerlər haqqında məlumat 2 saylı “Abituriyent” jurnalında təqdim olunub.


Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi: a)əvvəlki illərin məzunları sənədin əslini; b)ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə 5).

-Şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini; b)əcnəbilər şəxsi pasportunu və ya icazə vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsini və ya icazə vəsiqəsini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri qaçqın vəsiqəsini.
-Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
Ali və orta ixtisas təhsili olan abituriyentlər göstərilən sənədlərlə yanaşı SQK-ya aşağıdakı sənədləri də təqdim etməlidirlər:
-təhsil aldıqları müəssisə tərəfindən verilən və ali və ya orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə6);
-attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən formada attestat qiymətləri göstərilən arayışı (Əlavə 7)
Nəzərinizə çatdırırıq ki, ərizə qəbulu ilə bağlı daha ətraflı məlumatlar 2 saylı “Abituriyent” jurnalında təqdim olunub. Jurnalı satışdan əldə edə və ya abituriyent.az saytından sifariş edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm