Əcnəbi qadını döyən Gültəkin Hacıbəylinin baldızı imiş
Bizi izləyin

Qırmızı.az

Əcnəbi qadını döyən Gültəkin Hacıbəylinin baldızı imiş

Flippinli qadını döyməkdə ittiham olunan Aynur Mehdiyevanın hansı vəzifəli məmurun bacısı olduğu məlum olub.

Cinayət Məcəlləsinin 144-1.2.8 və 144-2.1-ci maddələri ilə təqsirləndirilən Aynur Mehdiyeva dünən keçirilən məhkəmə prosesində qardaşlarının vəzifədə işlədiyini bildirib: “Bir qardaşım polisdə, digəri isə prokurorluqda işləyir”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Aynur Lətif qızı Mehdiyevanın prokurorluqda işləyən qardaşı Mahmud Mehdiyevdir. Bu məqamda bildirək ki, Mahmud Mehdiyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşıdır. Belə ki, o, bu ilin yanvar ayından Xətai rayon prokurorluğuna müstəntiq təyin edilib.

Qeyd edək ki, sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə keçmiş əri arasında tez-tez məhkəmə çəkişmələri olur. Hətta Gültəkin Hacıbəylinin qayınanası Nəhayət Məmmədova keçmiş gəlinindən 50 min ABŞ dolları təzminat tələb etmişdi. İşə baxan Nəsimi Rayon Məhkəməsi də iddianı təmin etmişdi.

Xatırladaq ki, Aynur Mehdiyeva flippinli qadın Lianto Fe Diazı evində qul kimi işlətməkdə ittiham olunur. Flippinli qadının sözlərinə görə, Aynur Mehdiyeva onu dəfələrlə döyüb:

“Mən öz pulumla marketə gedib krem almışdım. Ondan icazəsiz marketə getdiyim üçün məni döydü. Növbəti dəfə Aynur məni oğlu İbrahimin ad günündə (martın 31-də) döydü. Buna səbəb ki, o süfrəni gec yığmağımı səbəb gətirdi. Aprel ayında isə mənim çiyinlərimə qayçı ilə vurdu. Bu dəfə döyməyinə səbəb kimi o qaşıqla çəngəlin yerinin səhv qoymağımı göstərdi. Maaşım 600 ABŞ dolları idi. Onu da deyim ki, Aynur başqa yerə gedəndə məni evdə qoyaraq qapını bağlayıb gedirdi. Aynur Dubaya gedəndə məni anasıgilə apardı. O Dubaydan gələnə kimi mən anasının evini təmizləməyə məcbur edildim. Həmişə mən nəzarət altında oldum. Sərbəst hərkət etmək imkanı mənə verilməmişdi. Aynurun oğlu İbrahimin nə vaxt aytırdısa mən də o vaxt yatırdım. 2013-cü ilin noyabr ayından başlayaraq mən 2 saat yata bilirdim. Məcburi işlədilirdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm