"Nazirliyə lüt gəlib, lüt də getmişəm" – Keçmiş nazir müavini
Bizi izləyin

Qırmızı.az

"Nazirliyə lüt gəlib, lüt də getmişəm" – Keçmiş nazir müavini

Fermerlərə ayrılan pulları kim mənimsəyib? – Keçmiş nazir müavini danışır

Azərbaycanın kənd təsərrüfatı nazirinin sabiq müavini Bəhram Əliyev keçmiş həmkarı fermerlərə ayrılan subsidiyaların mənimsənilməsi ittihamı ilə Aslan Aslanovun həbs ediləcəyi barədə mediada dərc olunmuş yazıya münasibət bildirib.

Sabiq nazir müavini B.Əliyev Publika.Az-a açıqlamasında deyib ki, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun müvafiq əmri var: “Həmin əmrə görə, iqtisadi və büdcə məsələləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevə həvalə olunub. Subsidiyalarla bağlı məsələ İlham Quliyevin nəzarətində olub. Subsidiyalara nə mənim, nə də Aslan müəllimin (red: sabiq nazir müavini Aslan Aslanov nəzərdə tutulur) heç bir aidiyyatı olmayıb. Mən heç zaman subsidiyalarla məşğul olmamışam. Bu mənim və Aslan Aslanovun sahəsinə aid olmayıb. Subsidiyalarla İlham Quliyev məşğul olub. O iqtisadi məsələlərlə məşğul olub, İşçi Qrupunun da rəhbəri o olub. Bununla bağlı keçmiş nazirin müvafiq əmri də var. Nazirlikdə o əmr qalır. Nazirliyə müraciət edib oradan da öyrənə bilərsiniz. Səhv etmirəmsə, bu əmr 2008-ci ildə imzalanıb. Həmin əmrdə Maliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və İqtisadi İnkişaf Nazirlyinin nümayəndələri İşçi Qrupuna daxil olub. İşçi Qrupunun rəhbəri də İlham Quliyev təyin olunub. Büdcə və iqtisadi məsələlərlə də o, məşğul olub”.

B.Əliyev hazırda işsiz olduğunu söyləyib: “Hələ ki işləmirəm. Gözləyirəm, yəqin ki, cənab prezident mənə nə isə iş verəcək. Mən alim adamam, elmlər doktoruyam, professoram. Hamı yaxşı bilir ki, mən nazirliyə lüt gəlib, lüt də çıxmışam. Yəni, var-dövlət sahibi olmaq barədə düşünməmişəm. Mənim vicdanım təmizdir. Mən ac qalaram, ancaq heç vaxt dövlətçiliyə qarşı çıxmaram. Əqidəm, amalım birdir, Yeni Azərbaycan Partiyasının üzvüyəm, ac qalaram, ancaq bu partiyadan çıxmaram. Mən dövlətimə və prezidentimə sadiq insanam”.

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanov Publika.Az-a müsahibəsində deyib: “O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm