Qənirə Paşayeva Tovuzda ön cəbhə kəndlərində sakinlər və hərbiçilərlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Tovuzda ön cəbhə kəndlərində sakinlər və hərbiçilərlə görüşdü

Tovuz rayonunda ön cəbhə kənd sakinləri ilə geniş söhbət və müzakirələr aparan millət vəkili Qənirə Paşayevaya sakinlər Ermənistanın son günlər atəşkəsi daha intensiv şəkildə pozaraq dinc insanları, ailələri hədəfə alması və insanlıqdan kənar, çirkin əməlləri barədə məlumatlar veriblər və beynəlxalq təşkilatları bu əməllərə biganə yanaşmamağa çağırıblar.

Millət vəkili Qənirə Paşayeva Ermənistanın intensiv şəkildə atəşkəsi pozması və mülkü insanları hədəfə alması nəticəsində zərər çəkən evləri, ailələri ziyarət edib.

Millət vəkili, "Ön cəbhədə Ermənistanın bütün çirkin əməllərinə rəğmən yaşamaqdan vaz keçməməklə siz, cəsarətiniz, Vətən, torpaq sevginiz, qorxmazlığınızla hər zaman düşmənə ən gözəl cavabı verirsiniz. Siz gerçəkdən də qəhrəman insanlarsınız və siz də daxil olmaqla ölkəmizin ön cəbhəsinin önündə yaşayan bütün insanlarımız hər kəsdən daha çox diqqət və qayğıya layiqsiniz” deyib və kənd sakinlərinin qaldırdığı bir sıra məsələləri və təkliflərin hamısını qeyd edərək dövlət qurumlarına çatdıracağı və onların həlli istiqamətində əlindən gələni edəcəyini deyib.

Prezident İlham Əliyevin ön cəbhə rayonlarına xüsusi diqqət göstərdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva sakinlərin qaldırdığı bir sıra məsələlərin öz həllini tapacağına inandığını bildirib. Millət vəkili sakinlərin beynəlxalq təşkilatların Ermənistanın çirkin əməllərinə göz yumması ilə bağlı fikirləri ilə razılaşaraq özəlliklə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mülkü insanların hədəfə alınmasına ciddi reaksiya, etiraz bildirməməsi acı təəssüf doğurur deyib. "Mülkü vətəndaşın maşınını, evlərini atəşə tutmaq və onlara zərər vurmaq, özəlliklə axşam saatlarında. Çünkü o zamanlar bütün ailə evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. ATƏT-in Minsk Qrupu onların bu əməllərinə biganə münasibət göstərməsəydi, təzyiq göstərsəydi, Ermənistan bu cür çirkin əməlləri davam etdirə bilməzdilər. Təəssüf ki, ATƏT-in Minsk Qrupu öz missiyasını yerinə yetirə bilmir və obyektiv deyil". Sakinlər bildiriblər ki, Ermənistanın bütün insanlıqdan kənar əməllərinə, vandalizm aktlarına, dinc insanları snayperlərlə hədəfə almalarına, evlərini atəşə tutmalarına baxmayaraq Ermənistan tərəfi heç bir zaman öz istəyinə nail ola bilməyəcək və sakinlər heç bir zaman evlərini tərk etməyəcəklər və tam əksinə bundan sonra da yeni evlər tikiləcək və hər zaman olduğu kimi düşmənə layiqli cavab veriləcək.

Ön cəbhəni qoruyan hərbiçi və əsgərlərimizin, ordumuzun ön cəbhəsində düşmənin təxribatlarına layiqli cavab verdiyini və silahlı qüvvələrimizin gücünün getdikcə daha da artdığını deyən millət vəkili Qənirə Paşayeva Tovuz rayonu istiqamətində ön cəbhədəki hərbi hissələri də ziyarət edərək, hərbiçilər və əsgərlərimizlə geniş söhbətlər ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm