Qırmızı.az
DİN-də ümumrespublika toplantısı keçirilib
Aprelin 1-də Daxili İşlər Nazirliyində (DİN) şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilib.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
tədbiri giriş sözü ilə açan Azərbaycanın daxili işlər naziri,
general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi
barədə məlumat verib, son on ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata
keçirirlən islahatlar çərçivəsində Daxili İşlər Nazirliyi
sistemində də köklü islahatların aparıldığını, xidməti fəaliyyətin
beynəlxalq norma və standartlara uyğun qurulması, şəxsi heyətin
sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların
genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin
möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması
və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində
önəmli addımların atıldığını vurğulamışdır.
Gündəlikdəki məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin
rəisi, polis general-mayoru Cavanşir Məmmədov hesabat məruzəsi ilə
çıxış etmişdir. O demişdir ki, nazirliyin rəhbərliyi tərəfindən
digər sahələrlə yanaşı, polis sahə inspektorlarının fəaliyyətinin
müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət
yetirilir. Bu məqsədlə Daxili İşlər Nazirliyi sistemində
ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin
hərtərəfli möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının
etibarlı təmin edilməsi üçün bir sıra struktur dəyişiklikləri
aparılmışdır. O cümlədən polis sahə rəisləri institutu yaradılmış,
onun fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı
mübarizədə, ictimai asayişin təmin edilməsində rolunun artırılması,
polis sahə məntəqələrində İctimai Şuraların formalaşdırılması və
fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü tədbirlər
görülmüşdür.
Naxçıvan MR DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi
vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf
İbrahimov, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə inspektoru,
polis leytenantı Səbuhi Əmiraslanov, Nizami RPİ-nin İctimai Şura
üzvü Zümrüd Səmədova, Qazax RPŞ-nin İctimai Şura üzvü Şahismayıl
Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışmış,
müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndirmişlər.
Toplantı iştirakçılarına konkret tapşırıq və tövsiyyələrini verən
R.Usubov xatırlatmışdır ki, polis orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsinə dair 2004-2008-ci illəri əhatə edən Dövlət
Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2007-ci
ildə imzaladığı "Polis sahə məntəqələrinin fəaliyyətinin
təkmilləşdirilməsi haqqında" sərəncamla sahə inspektorlarının
səmərəli fəaliyyəti üçün zəruri şəraitin yaradılması barədə
tapşırıqlar verildi. Həmin ildən etibarən nazirlik tərəfindən
ATƏT-in Bakı ofisinin yaxından iştirakı ilə 20-dək dövlətin, o
cümlədən Türkiyə, İngiltərə, İtaliya, Avstriya və İsrailin müvafiq
funksiyaları yerinə yetirən vəzifəli şəxslərinin hüquqi statusuna
dair mütərəqqi təcrübəsinin öyrənilməsinə başlanıldı. Əldə edilmiş
nəticələr ümumiləşdirilərək polis sahə inspektorlarının xidməti
"sahə rəisi" statusunda əvvəlcə bir neçə rayonda eksperiment
qaydasında, 2009-cu ildən isə daimi əsaslarla bütün ərazi polis
orqanlarında təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı əsasında aparılan bu
islahatlar eyni zamanda qanunvericilik aktlarında bir sıra
dəyişikliklərin edilməsi ilə nəticələndi. Dövlət başçısının
imzaladığı fərmanla polis sahə rəislərinə İnzibati Xətalar
Məcəlləsinin 40 maddəsi üzrə qərar qəbul etmək səlahiyyəti verildi.
Vətəndaşların ictimai asayişin təmininə könüllülük əsasında cəlb
edilməsi üçün yerli polis orqanları yanında İctimai şuraların
yaradılması barədə "Polis haqqında" qanuna yeni maddə əlavə
olundu.
Hüquqi tənzimləmə məsələsinə paralel olaraq ixtisaslı kadr
potensialının, peşəkar özəyin formalaşdırılmasına və
möhkəmlənməsinə də önəm verildi və hazırda daxili işlər
orqanlarında ən çoxsaylı zabit heyəti olan polis sahə rəisləri və
sahə inspektorları arasında ali təhsilli əməkdaşların xüsusi çəkisi
2009-cu illə müqayisədə 2013-cü ildə 74 faizdən 86 faizə, ali hüquq
təhsillilərin xüsusi çəkisi 57 faizdən 67 faizə yüksəlmişdir.
Təsadüfi deyil ki, müxtəlif məsələlərlə bağlı polis sahə
məntəqələrinə müraciət edən şəxslərin sayı son 5 ildə 60 faiz
artmışdır. Ailə-məişət zəminində baş verən münaqişələr 2,5 dəfə
azalmışdır. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin orta
hesabla 80 faizi vətəndaşlarımızın yaxından iştirakı ilə
açılmışdır. Nazir fürsətdən istifadə edərək cinayətlərin qarşısının
alınmasında, açılmasında, qanunçuluğun, hüquq qaydasının
qorunmasında və möhkəmlənməsində yaxından iştirak edən hüquq
mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarına, ölkəmizin
minlərlə sakininə, ictimai şuraların üzvlərinə, polis
veteranlarına, kütləvi informasiya vasitələrinin və ictimai
təşkilatların nümayəndələrinə yüksək vətəndaşlıq mövqeyinə görə
minnətdarlığını bildirmişdir.
Ölkəmizin dünya birliyinə sürətli inteqrasiyasının, beynəlxalq
öhdəliklərinin, eləcə də müasir dövrün çağırış və təhdidlərinin
qarşıya çox məsul vəzifələr qoyduğunu qeyd edən daxili işlər naziri
sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial
funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə
yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca
məqsəd olduğunu diqqətə çatdırmışdır.
Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün
polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və
inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni
texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa
malik olmalarının vacibliyini xüsusi vurğulamış və bu məsələyə hər
bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb
etmişdir.
Eyni zamanda onu da diqqətə çatdırmışdır ki, profilaktik
fəaliyyətdə böyük əhəmiyyət kəsb edən maarifləndirmə işi İctimai
şuraların üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya
vasitələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının,
bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin işçiləri, din
xadimləri ilə birgə, onların qüvvəsindən, imkanlarından geniş
istifadə edilməklə həyata keçirilməlidir.
Xidməti fəaliyyətin təşkilində və nəticələrinin
qiymətləndirilməsində ən mühüm vasitələrdən birinin vətəndaşların
qəbulunun, ərizə və şikayətlərinə operativ baxılmasının olduğunu
qeyd edən nazir bu xüsusda ulu öndər Heydər Əliyevin "Gərək elə
işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər
mülayim, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki,
insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər" tövsiyəsini
də xatırladaraq əhalinin inamını, etibarını daim qorumağın möhtərəm
Prezidentimizin xalqın xidmətçisi olmaq tələbinin, dövlətin və
vətəndaşların qanuni mənafeyinin, şərəfli polis adının daim üstün
tutulmasının, qanunçuluğa riayət edilməsində hər bir əməkdaşın
vətəndaşlara nümunə olmasının, etik davranış qaydalarına ciddi
riayət edilməsinin vacibliyini vurğulamışdır.
Nazir əmin olduğunu bildirmişdir ki, ümumrespublika toplantısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən
etdiyi hədəflərə çatmaq yolunda növbəti addım olacaqdır. Sonra
cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə
xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə,
əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin
aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin
mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilmiş
və R.Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim
olunmuşdur.
İki gün davam edəcək toplantıda iştirakçılar müxtəlif mövzularda
çıxışları dinləyəcək, qabaqcıl təcrübə və iş metodları ilə yaxından
tanış olacaqlar.
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU