Azərbaycan və Rusiyanın iki təhsil ocağı arasında memorandum imzalanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Rusiyanın iki təhsil ocağı arasında memorandum imzalanıb

Aprelin 1-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) Şimal-Qərb İdarəçilik İnstitutu arasında əmə

Aprelin 1-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu DİA-nın rektoru, akademik Urxan Ələkbərov və RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyasının I dərəcəli Həqiqi dövlət məsləhətçisi Vladimir Şamaxov imzalayıblar.

DİA-dan bildiriblər ki, sənəddə akademiyalar arasında təcrübə mübadiləsi və elmi-pedaqoji əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, hər iki ölkənin milli maraqlarına cavab verən birgə fəaliyyətin təşkili və s. nəzərdə tutulub. Memorandum təhsilin keyfiyyətinin yüksəldilməsinə, dövlət quruculuğu və dövlət və sosial idarəetmə sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin dostluq münasibətlərinin və multikulturalizm təcrübəsinin inkişaf etdirilməsinə istiqamətlənib.

Urxan Ələkbərov demişdir ki, DİA-nın Elmi Şurası Azərbaycan alimi, professor Fuad Məmmədova “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” fundamental əsərinə görə Azərbaycan Dövlət Mükafatının verilməsi barədə qərar qəbul edib.

Professor Vladimir Şamaxov RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun bu qərarı dəstəklədiyini və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə ünvanlanmış məktubunu Akademiyaya təqdim edib.

Məktubda azərbaycanlı alimin xidmətlərinin layiqincə qiymətləndirilməsinə və onun bundan sonrakı fəaliyyətinin RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında qarşılıqlı faydalı münasibətlərin inkişafında sanballı töhfə olacağına inam ifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm