Mənzildə köməksiz qalan 87 yaşlı kişi xilas edilib
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalan 87 yaşlı kişi xilas edilib

Bakının Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1927-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Bakının Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1927-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm