Bakıda yaşayış evi uçdu - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayış evi uçdu - FOTO

Bakıda yaşayış evi uçdu - FOTO

Gecə Bakının Səbail rayonu 20-ci Sahə kimi tanınan ərazidə torpaq uçqunu baş verib.

Anspress yazır ki, Lomomosov küçəsi 7-d ünvanında baş verən hadisə zamanı hasarın aşması nəticəsində 40 yaşlı Habil Hacıyevə məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikən, uçqun anında ailənin iki azyaşlı övladı və ev sahibləri qonşuda olublar. Bu isə hadisə zamanı insan tələfatının qarşısının alıb.

Dağıntılar altında qalan mənzilin iki otağı, o cümlədən mətbəx və hamam otağı da tamamilə yararsız vəziyyətə düşüb. Evin dam örtüyünə ziyan dəyib. Bir sözlə, evi uçan ailə gecəni küçədə gecələmək məcburiyyətində qalıb.

Hadisə zamanı sürüşmə qonşuluqda yaşayan sakinlərə və onların evlərinə də ciddi ziyan vurub. Qonşuların sözlərinə görə, əgər vaxtında tədbir görülməsə, bu ərazidə bu tipli hadisələr təkrarlana bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm