"Dünyanı dəyişən alimlər" kitabının təqdimatı olub
Bizi izləyin

Qırmızı.az

"Dünyanı dəyişən alimlər" kitabının təqdimatı olub

Ön cəbhədə millət vəkili Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının təqdimatı və imzalanması olub.

Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayeva təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbiçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib. 3-cü dəfədir ki millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hərbi hissədə təqdimatının və imzalanmasının keçirildiyini deyən hərbi hissənin rəhbəri əsgər və hərbçilərə, hərbi hissəyə müəllifin imzası ilə verdiyi kitabların onlar üçün çox dəyərli olduğunu və maraqla oxuduqlarını deyib. Ön cəbhədə əsgər və hərbiçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva kitab haqqında məlumat verərək bildirib ki, "Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsəd gənclərin elmə daha da meyillənməsinə dəstək göstərməkdir: "Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan,öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış azərbaycanlı bir neçə alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək."

O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva müəllifi olduğum kitablar siz dəyərli əsgər və hərbçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram deyib. Sonra əsgər və hərbiçilər üçün "Dünyanı dəyişən alimlər" kitabını imzalayaraq hədiyyə edən millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm