Paytaxtın 3 rayonunda içməli suya məhdudiyyət olacaq
Bizi izləyin

Qırmızı.az

Paytaxtın 3 rayonunda içməli suya məhdudiyyət olacaq

Aprelin 2-də gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Publika.Az-a “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məhdudiyyətə səbəb Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm