• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda uşaq bağçalarında infeksion xəstəlik yayıldı

Bakıda uşaq bağçalarında infeksion xəstəlik yayıldı

Azərbaycanda uşaq bağçalarında suçuçəyinə yoluxma halları artıb.

Məlumata görə, paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq suçuçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunub. Paytaxtın 327 saylı uşaq bağçasından bildiriblər ki, bağçada xeyli sayda uşaq bu xəstəliyə yoluxduğundan bağçaya gəlmir. Anoloji vəziyyət paytaxtdakı bir sıra uşaq bağçalarında müşahidə olunur. Bu xəbərini Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva da qismən təsdiqləyib.

A. Əliyeva uşaqlar arasında yaz fəsli girəndən suçiçəyinə yoluxma hallarının müşahidə olunduğunu söyləyib: "Düzdür, son günlər bu xəstəliyə yoluxma halları qeydə alınır. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyinə yoluxma halları artmayıb. Hər ilin yaz fəslində bu xəstəlik bir qədər fəallaşır. Ona görə də, nəinki uşaq bağçalarında, məktəblərdə də profilaktik tədbirlər gücləndirilməlidir. Bu xəstəlik yoluxucu olduğundan, suçiçəyi çıxardan uşaqlar bağçaya buraxılmamalı, həkim nəzarətində saxlanılmalıdırlar".

A.Əliyeva suçuçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiyanın olmadığını da söyləyib. Onun sözlərinə görə, dünyada suçuçəyinə qarşı peyvən işləri aparılsa da bizim peyvənd təqviminə daxil olunmayıb. Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Suçiçəyi hava-damcı yolu ilə keçən virus xəstəliyidir. Bu virus uşaqlarda suçiçəyi formasında, böyüklərdə isə dəmro (herpes zoster) xəstəliyi kimi özünü göstərir. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Praktik olaraq bütün insanlar uşaqlıqda su çiçəyi xəstəliyinə yoluxurlar. Daha çox qış və yaz aylarında müşahidə olunur. Bu xəstəliyi hər bir insan keçirə bilər. Əsas insanın immun sistemi güclü olmalı və xəstəliyə qarşı qabaqlayıcı profilaktik tədbirlər aparılmalıdır. Xəstəliyin əvvəlində uşaqda qızdırma, titrəmə halları baş verir, onun ümumi halı, iştahası və yuxusu pozulur. Bəzi hallarda isə, kürək və sinəsində ağrılar olur. Xəstədə səpgilər əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur.

Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər. Suçiçəyi xəstəliyinə tutulmuş xəstələr adətən ev şəraitində müalicə edilir. Xəstə 7-10 gün müddət ərzində ev şəraitində olmalıdır.

Evdə havalandırma sistemi normal olmalı, yataq otağının havası tez-tez dəyişdirilməli və hər gün nəm əsgi ilə təmizləmə işləri aparılmalıdır. Xəstə bol-bol su içməli, immun sistemini artıran qidalar qəbul etməlidir. Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır.

Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir. Xəstəlik zamanı uşağın immun sistemi daha zəif olduğundan onu bir müddət qorumaq lazımdır. Evdə qalması, məktəbə və ya bağçaya getməməsi məsləhətdir. Müalicə müddətində çox nadir hallarda baş verən fəsadlar zamanı həkim xəstəyə antibiotiklər yaza bilər ("Movqe.az").

Xəbər lenti

DAHA ÇOX XƏBƏR