Xarab işıqfor piyadanın ömrünün işığını söndürdü
Bizi izləyin

Qırmızı.az

Xarab işıqfor piyadanın ömrünün işığını söndürdü

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Cəlilabad rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Rəmyəddin Həsənov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobil ilə hərəkətdə olarkən yolu kəçən piyada, Cəlilabad rayon Adtanabad kənd sakiniMiraslan Şərifovu vurub.

Hadisə şahidlərinin sözlərinə görə, zərbənin təsirindən piyada 10 metr yolun kənarına düşüb. Ağır bədən xəsarətləri alan piyada Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Dünyasını dəyişən Miraslan Şərifov Cəlilabad Rayon Mərkəzi Poçtunda əməliyyatçı vəzifəsində çalışırmış. Hadisəyə səbəb kimi yolda qoyulmuş işıqforun işləməməsi göstərilib.

Hazırda faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırmalar aparılır./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm