Azərbaycanda ev partladı: 2 yaşlı uşaq öldü - YENİLƏNİB - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ev partladı: 2 yaşlı uşaq öldü - YENİLƏNİB - FOTO

Kürdəmirdə dəhşətli yanğın baş verib. Hadisə nəticəsində mənzildə qalan körpə yanaraq dünyasını dəyişib, bir nəfər isə yüngül yanıq xəsarətləri alıb.



Milli.Az CTV-yə istinadən bildirir ki, hadisə ötən gün saat 17 radələrində Kürdəmir rayonu Sığırlı kəndində qeydə alınıb. İslam Füzuli oğlu Quliyevə məxsus 2-mərtəbəli fərdi yaşayış evində yanğın faciəyə səbəb olub. Yanğın zamanı 2 yaşlı körpə alovlar içərisində qalaraq dünyasını dəyişib. Həmçinin uşağın atası Quliyev İslam əl və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Hadisə zamanı ev sahibləri həyətdə olsalar da, qonşu haraya gələrək evin yandığını bildirib. Qısa müddətdə güclənən alov evi bürüyüb.



Hadisə yerinə Kürdəmir Rayon Yanğından Mühafizə Xidmətinin 3 avtoçəni, 1 xilasedici minik avtomobili və canlı qüvvəsi cəlb olunub. Evdə yanaraq dünyasını dəyişən körpənin cəsədi FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Ümumi sahəsi 408 kvadratmetr olan evin 2-ci mərtəbəsində 24 kvadratmetr xilas olunub. Alov yanğınsöndürənlər tərəfindən məhdulaşdırılıb. Həyətdə olan çardaq sahəsi və digər ərazilər alovdan qorunub. Yanğının evdəki maye qaz balonunda yaranan sızıntıdan baş verdiyi ehtimal olunur.



------------------
01.04.2014
20:58


Kürdəmirdə evdə yanğın baş verib.


Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 408 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayışla nəticələnən yanğın baş verib.


Yanğın nəticəsində 2-ci mərtəbənin yanar konstruksiyaları 179 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 2012-ci il təvəllüdlüQuliyev Kənan İslam oğlunun yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm