Qırmızı.az
Əcnəbi qaçqın uşaqlarına dərs keçiləcək
Bakıda yaşayan əcnəbi qaçqınlar da təhsil alacaqlar.
Bakı şəhəri Təhsil İdarəsindən Publika.Az-a verilən məlumata görə, hər il olduğu kimi 2013 - 2014 - cü tədris ili müddətində də Bakı şəhəri üzrə təhsil müəssisələrində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) himayəsində olan əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün təmənnasız olaraq müntəzəm şəkildə əlavə dərslər keçirilir.
Qeyd edək ki, 2013 – cü ilin iyun, avqust, sentyabr aylarında Əfqanıstan, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən Azərbaycana gəlmiş və BMTQAK–ın Qaçqın Qadın və Gənclər Mərkəzində təşkil olunmuş Azərbaycan dili kurslarını bitirmiş 9 –11 yaşları olan uşaqların müəyyən hissəsi BŞTİ və məktəb müəllimlərinin məsləhəti ilə yerli məktəblərin I siniflərinə qəbul edilib. Bununla bərabər, 2013–cü ilin oktyabrından 2014–cü ilin fevralına qədər əsasən Əfqanıstan, Pakistan və Suriyadan yeni gəlmiş 9 – 14 yaşlı uşaq və yeniyetmələr üçün yaşlarına və təhsil səviyyələrinə uyğun siniflər müəyyənləşdirilib.
Bu tədris ilində Bakıdakı bir sıra məktəblərdə təhsil alan 40 nəfərdən çox qaçqın və sığınacaq axtaran uşağa məktəb müdiriyyəti və müəllimləri tərəfindən fərdi və kiçik qrup şəklində mütəmadi olaraq həftədə iki dəfə əlavə dərslər keçirilib, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və rus dili fənləri üzrə dəyirmi masa və qrup məşğələləri təşkil olunub, uşaqlar uzadılmış dərslərə aktiv olaraq cəlb edilib və xüsusi mövzular dərsdən kənar təhlil edilib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət