• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Şeytan Çarxı”ndan yıxılanlara - 5 minlik sığorta

“Şeytan Çarxı”ndan yıxılanlara - 5 minlik sığorta

Dənizkənarı Milli Parkdakı əyləncə obyektləri və attraksionların istifadəçiləri bədbəxt hadisələrdən sığortalanıblar.

Bu barədə fins.az-a Dənizkənarı Milli Park müəssisəsinin direktoru Elxan Ağayev bildirib. Onun sözlərinə görə, müəssisənin müştərilər qarşısında mülki məsuliyyəti "Alfa sığorta" şirkəti tərəfindən sığortalanıb.

E.Ağayev indiyədək Dənizkənarı Milli Parkdakı attraksionlarda hər hansı xəsarət və ya ölümlə nəticələnən bədbəxt hadisə baş vermədiyini də bildirib.

Şirkətinin nümayəndəsi Samir Güləhmədzadə fins.az-a açıqlamasında bildirib ki, sığorta müqaviləsinə əsasən attraksionlarda baş vermiş qəza nəticəsində ölüm halına görə 5 min manat, əlillik dərəcəsindən və aldığı xəsarətlərdən aslı olaraq 2-3 min manat arasında sığorta ödənişi nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR