Qırmızı.az
Bakıda ağac kəsənlər 40 min manat cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı binanın sakinləri tərəfindən çoxillik ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə baxış keçirilən zaman diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib.
Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar ETSN-in Bakı şəhər
Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən
İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib
olunaraq, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs
qismində 40 000 manat məbləğində cərimə edilib.
Eyni zamanda, sözügedən ərazidə yeni yaşıllıqların salınaraq
mühafizə olunması və onlara qulluq göstərilməsi üçün Bakı Şəhər
Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş
verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal
Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunub.
Məktubda xatırladılıb ki, müvafiq icra hakimiyyəti orqanları
tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam verilərkən həmin
sənəd Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərinə uyğun
olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq
tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar
Nazirliyi, ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə
ETSN-la razılaşdırılmalıdır.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO