Qırmızı.az
Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyəti müzakirə edib
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib.
MŞ-dən verilən məlumata görə, komissiyanın sədri, MŞ İdarə
Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə
ətraflı məlumat verib.
Mövcud istiqamətdə bir sıra pozitiv meyillərin yarandığını diqqətə
çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırılmasının
vacibliyini də vurğulayıb.
İclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən "Əks
səda" firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri
ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli
bildirib ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə
müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin
satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək
imkanındadır.
İclasda "Əks səda" firmasının qəzet satışındakı rentabelliyin
artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər
mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş
müzakirəsinin təşkilini məqsədəuyğun sayıblar. Belə bir toplantının
baş redaktorların iştirakı ilə gələn həftə keçirilməsi qərara
alınıb. /Trend/
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub