Qırmızı.az
Azərbaycan həbsxanalarında yanğın - FOTOLAR
Penitensiar Xidmətin Bakıdakı müəssisələrində baş vermiş "yanğınlar" söndürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmətin
tabeliyindəki cəzaçəkmə müəssisələrində və istintaq
təcridxanalarında şəxsi heyətin və xüsusi kontingentin yanğın
təhlükəsizliyi ilə bağlı təlimatlandırılması üzrə tədbirlər davam
etdirilir.
Penitensiar Xidmətin Mühafizə texnikası şöbəsi tərəfindən təşkil
olunan təlimlərdə şəxsi heyətin və xüsusi kontingentin yanğın
təhlükəsi zamanı davranışı, həyata keçiriləcək təhlükəsizlik
tədbirləri izah olunur, xüsusi vasitələrdən istifadə qaydaları
aşılanır.
Növbəti belə tədbirlər 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində,
eləcə də İxtisaslaşdırılmış Müalicə müəssisəsində keçirilib.
Təlimlərdə Mühafizə texnikası şöbəsinin məsul əməkdaşları,
cəzaçəkmə müəssisələrinin rəhbərliyi, şəxsi heyətin və xüsusi
kontingentin üzvləri iştirak ediblər. Keçirilən təlimlərdə Yanğın
Təhlükəsizliyi Qaydalarının normalarına düzgün riayət edilməsi və
müvafiq texniki vasitələr haqqında geniş məlumat verilib, istifadə
qaydaları nümayiş etdirilib, müəssisələrdə fəaliyyət göstərən
könüllü yanğından mühafizə dəstələrinin fövqəladə hallar zamanı
hərəkətləri, yanğınsöndürən avtomobillərdən istifadə olunma
qaydaları və xüsusi kontingentin təxliyyəsi məşq etdirilib.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir