Bakı və Qəbələdə yanğınlar olub
Bizi izləyin

Qırmızı.az

Bakı və Qəbələdə yanğınlar olub

Ötən gün Bakı və Qəbələ rayonunda yanğın hadisəsi qeydə alınıb.

Ötən gün Bakı və Qəbələ rayonunda yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı taxta konstruksiyadan ibarət evin 1 otağı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Qəbələ rayonunda, rayon mərkəzindən 20 km aralıda yerləşən Seyidqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 238 kv.m olan evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyü və ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:15-də söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm