Qırmızı.az
Ələtdə yük qatarı yandı - Yeniləndi
Bu gün səhərə yaxın Ələt istiqamətində yanan yük qatarı atrıq
söndürülüb. Yanan vaqonlar ərazidən yığışdırılıb. “Azərbaycan Dəmir
Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS
PRESS-ə verdiyi məlumata görə, yük qatarı Gürcüstandan Qırğızıstana
soyuducu aparırmış. Yanğın nəticəsində vaqonlardakı soyuducular
yanıb.
“Hazırda yüklərin hansı şirkətə məxsus olması və nə qədər ziyan
dəyməsi araşdırılır. Yanan yüklərin yəqin ki, sığortası da var.
Bütün bu məsələlər araşdırılır. Yanğından qorunan yüklər də
yığılıb. İndi mallar ünvana göndəriləcək. Hazırda yol da açılıb.
Qatarların hərəkətində heç bir problem yoxdur”, - deyə Nadir
Əzməmmədov bildirib.
Onun sözlərinə görə, yanğının baş vermə səbəbləri aydınlaşıb. Məlum
olub ki, hadisəyə külək səbəb olub.
“Güclü külək vaqonların damını dağıdıb. Nəticədə dəmir elektrik
xətlərinə dəyib. Nəticədə qısaqapanma baş verib. Bununla da yanğın
olub. Şükür ki, yanğının qarşısı vaxtında alınıb”, - deyə Nadir
Əzməmmədov bildirib.
***08.53
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt
istiqamətində hərəkətdə olan yük qatarı yanıb. “Azərbaycan Dəmir
Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS
PRESS-ə verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu
gətirən yük qatarında baş verib.
Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik yanğın
nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin
yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili
yardım həkimləri də göndərilib.
N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin
araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı
məlumatın veriləcəyi deyilir.
09/02
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun mediaya verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib.
Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.
N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Publika.Az xəbər verir ki, qəza səbəbindən Ələt yolunda böyük tıxac yaranıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!