Tvininq layihəsinin açılış mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

Tvininq layihəsinin açılış mərasimi keçirilib

Tvininq layihəsinin açılış mərasimi keçirilib.

Bu gün “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvininq layihəsinin açılış mərasimi keçirilib.

Publika.Az-ın verdiyi məlumata görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Avropa İttifaqı ilə birgə həyata keçirilən layihənin əhəmiyyəti barədə danışıb.

R.Həsənov bildirib ki, Komitə Aİ ilə ilə Tvininq və Taikes proqramları çərçivəsində uzun illərdir sıx əməkdaşlıq edir: “Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən olan standartlaşdırma və texniki tənzimləmə sahələrinin ölkə rəhbərliyinin diqqət mərkəzindədir.”

Komitə sədri, bu sahənin həm qanunvericilik, həm də institusional baxımdan inkişaf etdirilməsi, yeni texniki komitələrin yaradılması çərçivəsində beynəlxal standartlara uyğunlaşdırılmış yeni milli standartların qəbulu istiqamətində bir sıra islahatların keçirilməsi davam etdirilir. O, qeyd edib ki, layihənin əsas məqsədi satandartlaşdırma və texniki tənzimləmə sisteminin daha mükəmməlləşdirilməsidir.

Aİ –nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, təmsil etdiyi təşkilatla ölkəmiz arasıında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini deyib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu söyləyən M.Mard, texniki tənzimləmə və standartlaşdırma sahələrində Tvininq layihəsinin əhəmiyyətindən danışıb.

M.Mard təmsil etdiyi təşkilatla ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini deyib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu söyləyən M. Mard, texniki tənzimləmə və standartlaşdırma sahələrində Twininq layihəsinin əhəmiyyətindən danışıb:

“Bu günə qədər 26 müxtəlif Tvininq layihəsi təsdiq olunub və bunun üçün Aİ Azərbaycana 45 mln. ABŞ dolları ayırıb”.


Diplomat qeyd edib ki, Twininq layihələrinin istifadəsində Azərbaycanla Aİ ilə müxtəlif sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Daha sonra tədbir mövzu ilə məruzələrlə davam etdirilib. Twininq layihəsinin məqsədi, layihənin icrasına Aİ-nin twininq həmkarlarının yanaşması haqqında Britaniya Standartlar İnstitutunun Beynəlxalq layihələr üzrə direktoru Vladimir Yakubov, Fransa Standartlaşdırma Assosiasiyasının nümayəndəsi Paskal Myenvil çıxış ediblər.

Gulxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm