Xalq artisti keçmiş məmurun oğluna ən ağır cəza istədi
Bizi izləyin

Qırmızı.az

Xalq artisti keçmiş məmurun oğluna ən ağır cəza istədi

Xalq artisti keçmiş məmurun oğluna ən ağır cəza istədi

“Prezidentimiz sağ olsun, onların cəzalandırılması üçün göstəriş verib. Ona sonsuza qədər güvənirəm. Günahkar ailəmdən iki əzizimi apardı. Onlara nə deyə bilərəm? Ən ağır cəza nədirsə, verilməsini istəyirəm. Bəlkə, bir az da olsa, yarama məlhəm olar”.


Milli.Az xəbər verir ki, bunu Modern.az saytına ailəliklə avtomobil qəzasına düşən xalq artisti, tarzən Ağasəlim Abdullayev hadisənin günahkarı Xalid Mədətov barədə danışarkən bildirib.


Xalq artisti bir neçə gün öncə əməliyyat olunan gəlinin vəziyyətinə də aydınlıq gətirib: “Gəlinimin burnu çox pis sınmışdı. Həmin sınıqlarını yenidən tikiblər, hələ ki gipsdədir. Özüm də yenə onun kimi. Qabırğamdakı çat mənə əziyyət verir, hələ də gipsdədir.”

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüblər. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.


Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm