• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Gələn aydan dərmanlar bütün apteklərdə vahid qiymətə satılacaq

Gələn aydan dərmanlar bütün apteklərdə vahid qiymətə satılacaq

“İyunun sonunadək Azərbaycanda qeydiyyatda olan bütün dərmanlara vahid qiymət tətbiq ediləcək”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev APA-ya deyib ki, indiyədək çeşidindən, formasından, dozasından asılı olaraq, 7700 adda dərman preparatı Tarif Şurasında qiymətləndirilib. Onun sözlərinə görə, gələn ay Tarif Şurasının iclasında qeydiyyatda olan eyni dərmanların bütün apteklərdə vahid qiymətə satılmasına qərar veriləcək: “Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”.

E. Ağayev vurğulayıb ki, dərmanlara vahid qiymət tətbiq edildikdən sonra vəziyyətə nəzarət etmək üçün İqtisadiyyat Nazirliyinin müvafiq qurumları apteklərdə yoxlamalar aparır. Lazım olduqda bu məsələyə Səhiyyə Nazirliyi də qoşulur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR