Yenidən zəlzələ baş verib - Fotolar
Bizi izləyin

Qırmızı.az

Yenidən zəlzələ baş verib - Fotolar

Yenidən zəlzələ baş verib - Fotolar

Çilidə Rixter cədvəli üzrə 8,2 bal gücündə baş vermiş zəlzələnin ardınca ölkənin şimal sahillərində yenidən 7,8 bal gücündə zəlzələ qeydə alınıb. İkike şəhəri yenidən silkələnib və sonuncu titrəyişdən 45 dəqiqə sonra isə 6,4 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələnin episentri Çilinin İkike şəhərindən 23 km uzaqlıqda olub.

Zəlzələ zonası olan Çilidə binaların xüsusi şərtlərlə tikilməsi, evakuasiya və fövqəladə xilasetmə sisteminin hazırlığı sayəsində ölkə azsaylı dağıntı və itkilərlə üzləşib.

Çərşənbə günü baş vermiş sonuncu zəlzələdən sonra 6 nəfər həlak olub. İkike şəhərinin hündür təpəliyində yerləşən kasıb əhalinin yaşadığı Alto Hospikio şəhərində 2,500 yaşayış evi xəsarət alıb və sahilyanı ərazilərdən 200,000 insan evakuasiya edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm