• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Azercell-dən rəqəmsal qızlara dəstək

Azercell-dən rəqəmsal qızlara dəstək

Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” 28 aprel ADA universitetində ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş İKT-də Qızlar Beynəlxalq Gününü qeyd etdi. Klubun “Microsoft Azərbaycan” şirkəti ilə birgə “Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda keçirdiyi konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin IT və Mühəndislik Məktəbi (SITE), ölkədə fəaliyyət göstərən bir neçə şirkət, eləcə də Azercell Telekom tərəfindən dəstəkləndi.

Konfransdan əvvəl iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla şəxsən ünsiyyət qurmaq imkanı əldə edərək, onları maraqlandıran suallara cavab ala bildilər. Azercell Telekom-un Texnologiyalar Departamentinin direktoru, klubun təsisatçılarından biri olan Xavər Babazadə də gənc xanımlara İnformasiya Texnologiyaları sahəsində karyera tarixçəsindən və bu sahədə çalışmağın özəlliklərindən söhbət açdı.

Tədbir ərzində başlıca müzakirələr Azərbaycan qızları və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın artırılması, yerli biznes sektorunda çalışan İKT şirkətləri və bu sahədə təhsil imkanları yaradan ali məktəblərlə qadınlar üçün akademik və karyera imkanlarının təqdim edilməsi və s. kimi məqamlar olmuşdur.

Konfransda, həmçinin, Azercell şirkətinin Texnologiyalar Departamentinin İnformasiya Xidmətləri bölümünün rəhbəri Ramin Orucov çıxış edərək, qadınların İKT sahəsində rolundan və gündəlik həyatda professional inkişaf və ailə öhdəliklərini bir arada uğurla cəmləşdirməyi bacaran xanımlardan söhbət açdı.

Xatırladaq ki, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq xanımı birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd müxtəlif görüşlər və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini artırmaq və bu sahədə onlara dəstək göstərməkdir. İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan Azercell də bu istiqamətdə gənclərimizə öz dəstəyini göztərməkdə davam edir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>